AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək vəfat etdi

Hit: 1769
AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək vəfat etdi
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
 
Faktor.az xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov öz feysbuk səhifəsində məlumat verib.
 
“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!
 
Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”, - deyə R. Məmmədov qeyd edib.







Redaktorun seçimi