İri qaya parçası Gəncə-Daşkəsən yolunu bağladı

Hit: 667
İri qaya parçası Gəncə-Daşkəsən yolunu bağladı
Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.
 
Bu barədə Faktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
 
O qeyd edib ki, dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib: "İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub".








Redaktorun seçimi