STP Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib

Hit: 804
STP Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
Sumqayıt Texnologiyalar Parkının idarə heyətinin üzvləri, şirkətin əməkdaşları, törəmə şirkətlərin rəhbərləri və işçiləri II Qarabağ müharibəsiŞəhidlərini yad etmək məqsədilə Sumqayıt Şəhidləri Xiyabanını ziyarət ediblər. STP komandasıölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarlarına gül və əklil qoyaraq onları yad edib, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar.
 
Texnoparkın əməkdaşları bundan öncə II Qarabağ müharibəsinin qələbə ilə bitməsi münasibətilə millətimizin azadlıq və mübarizə simvolu olan Şəhidlər Xiyabanını da ziyarət etmiş, 20 yanvar və I Qarabağ müharibəsi şəhidlərinin xatirəsini anmış və ruhlarına dualar etmişlər.
 
Sumqayıt Texnologiyalar Parkı  II Qarabağ müharibəsinin başlanğıcından həm ordumuza, həm xalqımıza  öz dəstəyini göstərməyə davam edir.  STP Silahlı Qüvvələrə Yardım Fonduna  100 min AZN  ianə etmişdi. Bundan başqa  cəbhə bölgəsindəki əsgərlər üçün ikimərtəbəli  yataq və döşək  dəsti  göndərilib.  Texnopark  müharibədən əziyyət çəkən mülki əhaliyə də dəstəyini əsirgəməyib.  Bərdədə məskunlaşmış  zərərçəkən vətəndaşlarımız üçün ikimərtəbəli yataq və döşək dəsti, qida və geyim yardımı etmişdir.  
STP  bundan sonra da  Azərbaycan üçün, vətəndaşlarımız üçün  rifahı üçün  əlindən gələni etməyə davam edəcək.  
 
Qarabağ Azərbaycandır! Var olsun ordumuz! Yaşasın Azərbaycan!   
 








Redaktorun seçimi