“Azərmaş” faktları ortaya qoydu - FOTOLAR

Hit: 1355
“Azərmaş” faktları ortaya qoydu - FOTOLAR
“Son günlərdə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə “Azərmaş” şirkətinin adının hallandırıldığı məsələ ilə bağlı bildiririk ki, “Azərmaş” şirkəti ilə Məmmədov Anar Qurban oğlu arasında bağlanmış “Daxili lizinq” Müqaviləsinə əsasən “KHAZAR SD” markalı, 99-PF-436 dövlət qeydiyyat nişanlı avtomobil Anar Məmmədovun müvəqqəti sahiblik və istifadəsinə verilib. Ölkəmizdə tətbiq edilən hərbi vəziyyətdən əvvəlki dövrdə A.Məmmədov öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və yalnız bundan sonra gecikdirilmiş öhdəliklər icra edilib”.
 
Faktor.az  xəbər verir ki, bu barədə “Azərmaş” ASC-nin açıqlamasında qeyd edilir.
 
“Məmmədov Anar Qurban oğlunun hərbi xidmətdə olduğu zaman onun həyətindən “Azərmaş” şirkəti tərəfindən avtomobilin aparılması ilə bağlı isə bildiririk ki, 09 noyabr 2020-ci il tarixdə Anar Qurban oğlu Məmmədov lizinq obyekti olan avtomobili idarə edən zaman BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, onun barəsində 3623149 saylı İXP tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmiş və avtomobilin BDYPİ-nin duracağına yerləşdirilməsi təmin edilmişdir (Azərbaycan Respublikası DİN-nin sistemindən çıxarışın surəti əlavə olunur. Birinci yalan).
A.Məmmədov video çıxışında qeyd etdiyi kimi hərbi xidmətə könüllü getməyi və yaralanması ilə bağlı isə bildiririk ki, Məmmədov Anar Qurban oğlu hərbi xidmətə könüllü getməyib, 30 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb edilmişdir (Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi tərəfindən verilmiş Arayış əlavə olunur. İkinci yalan). 230 nömrəli hərbi hissənin təqdim etdiyi 26 oktyabr 2020-ci il tarixli Çıxarış Epikrizin surətindən görünür ki, Anar Məmmədov 11 oktyabr 2020-ci il tarixində tibbi hissəyə müraciət etmiş və özünün dediyinə görə müraciət etdiyi gündən 5 gün əvvəl (xidmətin cəmi 6-cı günü) Ural markalı avtomobildən yıxılmışdır (Çıxarış Epikrizin və Arayışın surəti əlavə olunur). Tibbi hissə Məmmədov Anar Qurban oğluna “kəskin kolon divertikulyoz divertikuliti, “B” virus hepatiti replikasiya mərhələsi, büzdümün küt travması və yumuşaq toxumanın əziyi” diaqnozu qoyaraq, 15 (on) beş gün müddətində məzuniyyət verilməsi üçün göstəriş verib. Qeyd olunanlar təsdiq edir ki, A.Məmmədovun dediyi kimi döyüş əməliyyatı zamanı yaralanmayıb, mədə və bağırsaq xəstəlikləri və həmçinin qaraciyərində olan xəstəliklər və büzdümün küt travması və yumuşaq toxumanın əziyi səbəbindən müvvəqqəti olaraq hərbi xidmətdən evə buraxılıb (Bu da 3-cü yalan).
 
Bütün bunlar və Vətən müharibəsindən əvvəlki dövrdə yalnız Məhkəməyə müraciət edildikdən sonra ödənişlərin edilməsi A.Məmmədovun hazırki vəziyyətdən sui-istifadə etməsini və məqsədinin öhdəlikdən yayınmaq olduğunu sübut edir. Göstərilənlərə baxmayaraq “Azərmaş” şirkəti Vətən müharibəsi və hal-hazırki dövrə qədər Məmmədov Anar tərəfindən öhdəliklərin icra edilməsi üçün heç bir tədbir görməyib.
 
Nəzərinizə çatdırmaq istəyirik ki, “Azərmaş” şirkəti bu günə qədər bir çox sosial lahiyələrdə könüllü olaraq aktiv şəkildə iştirak edib. Belə ki, aprel döyüşləri zamanı həqiqətən döyüşərək yaralanmış qazilərimizə “KHAZAR SD” markalı avtomobillər hədiyyə edib.
 
Bundan başqa döyüşlər zamanı yaralanaraq əlil olmuş şəxsləri və müharibə veteranlarını işlə təmin edib. İkinci Qarabağ müharibəsi zamanı xüsusi sifarişlə hazırlanmış yüksək keçiricilik qabliyyətinə malik olan sanitar və tibbi yardım avtomobilləri ilə ordumuz təmin edilib.
 
Həmçinin Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusu karantin rejimi zamanı pandemiya dövründə ağır xəstələrin, yaşlı və ahıl şəxslərin tibbi müayinə və ərzaqla təmin edilməsi məqsədilə təmənnasız olaraq 300-dən artıq avtomobil səfərbər edilərək, bu müddət ərzində on səkkiz mindən artıq çağırışa xidmət göstərib.
 
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə məsələnin mahiyyəti araşdırılmadan “Azərmaş” şirkətinə qarşı tənqidi fikirlərin yaranması və yayılması bizi təəssüfləndirir. Əgər “Azərmaş” şirkəti tərəfindən Məmmədov Anar Qurban oğlunun ictimailəşdirdiyi bu məsələ ilə bağlı hər hansı qanun pozuntusuna yol verilibsə, bu pozuntuya görə qanuna müvafiq olaraq cavab verməyə hazırıq. Düzgün olmayan məlumatlar əsasında ictimailəşdirilmiş bu məsələ “Azərmaş” şirkətinin işgüzar nüfüzuna ciddi zərbə vurduğu üçün tərəfimizdən işgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüqu müstəvisində prosedur başlanılıb”.
1
1
1
1








Redaktorun seçimi