Caspian Energy Club Qarabağın iqtisadi inkişafında iştirak edəcək

Hit: 897
Caspian Energy Club Qarabağın iqtisadi inkişafında iştirak edəcək
CaspianEnergyClub-un üzvlərinin “Qarabağ Azərbaycandır!” mövzusunda ümumitoplantısı keçirilib. Ümumiiclas çərçivəsində Azərbaycanınişğaldanazadolunmuş ərazilərininabadlaşdırılması ilə bağlı məsələlərmüzakirə olunub.
 
Bu barədə Faktor.az-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 
 
Telman Əliyev Caspian Energy Club-un tarixi iclasında hər kəsi salamlayaraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun bizə yaşatdığı qələbə sevincini dilə gətirdi, əldə olunmuş nəaliyyətlərin əzəmətinin illər sonra bizə daha aydın şəkildə təzahür edəcəyini, lakin müharibənin acı nəticələrinin də qaçınılmaz olduğunu diqqətə çatdıraraq, mülki əhali arasında, eləcə də, döyüş meydanlarında şəhidlik zirvəsinə ucalmış vətəndaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükütla yadedilməsini təklif etdi. Daha sonra iclasda səsləndiriləcək təkliflərin ölkənin Ali rəhbərliynə yazılı surətdə çatdırılacağını bildirdi. 
 
Telman Əliyev ölkə Prezidenti İlham Əliyev cənablarına milli qəhrəman fəxri adının verilməsi ilə bağlı Caspian Energy Club adından aidiyyəti dövlət qurumlarına müraciət edilməsini klub iştirakçılarının səsverməsinə çıxardı və təklif yekdilliklə qəbul olundu. Çıxışının davamında Telman Əliyev sahibkarların ölkə başçısının iqtisadi ordusu olduğunu vurğulayaraq işğaldan azad olunmuş torpaqlarda infrasturukturun yenidən bərpası üçün hər kəsin əlindən gələni əsirgəməyəcəyindən əmin olduğunu bildirdi. 
Caspian Energy Club-un idarə heyətinin üzvü və “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyeva iştirakçıları salamlayaraq qələbə münasibətilə təbrik etdi. Müharibə dövründə həyəcanlı anların yaşanıldığını, hər kəsin faydalı olmaq üçün əlindən gələni əsirgəmədiyini, cənab Prezidentin və Birinci Vitse-Prezidentin işğaldan azad olunmuş torpaqlara səfərindən qürur hissi keçirdiyini, düşmən tərəfindən yararsız hala salınmış infrastrukturun qısa müddət ərzində dövlətimiz tərəfindən bərpa ediləcəyini və bu işlərin planlı şəkildə mərhələlərlə həyata keçirilməsində sahibkarların birmənalı rolunu vurğuladı. Daha sonra Zərifə Həmzəyeva təklif etdi ki, klubun dəstəyi ilə “Qarabağ Azərbaycandır!” yardım fondu yaradılsın, şəffaflıq təmin edilməklə ehtiyyacı olan şəhid ailələrinə və qazilərimizə daim dəstək göstərilsin.
 
Caspian Energy Club-un və“Azərsun Holdinqin”in İdarə Heyətinin üzvü Savaş Uzan iştirakçıları salamlayaraq qələbə münasibətilə təbrik etdi.  Cənab Prezidentin və Birinci Vitse-Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərini sevinclə izlədiyini bildirdi. Qələbənin uzunsürən hazırlıqlar nəticəsində əldə oldunduğunu, Ali Baş Komandanın dəmir yumruq ifadəsində Azərbaycan xalqının və ordusunun ona olan inamının, şəhidlərin qanının, qazilərin fədakarlığının, arxa cəbhədə aparılan iqtisadi mübarizənin danılmaz rolunun olduğunu və bu birliyin nələrə qadir ola biləcəyini hərkəsə göstərdiyini qeyd etdi. Sözlərinin davamında Savaş Uzan məcburi köçkünlərin torpaqlarına qayıtdıqdan sonra onların məşğulluğunu qarşılayacaq imkanların yaradılmasında sahibkarların üzərinə böyük məsuliyət düşəcəyini, “Azərsun Holdinq” olaraq həmin ərazilərdə kənd təsərrüfatı ilə bağlı, eləcə də marketlər şəbəkəsinin qurulması istiqamətində layihələrin planlaşdırıldığını qeyd etdi. " Biz “Qarabağ” futbol komandasının oyunlarının yenidən doğma torpaqlarında təşkil edilə biləcəyindən şadığ".
 
Telman Əliyev iclasda iştirak edən türk qardaşlarımızın timsalında başda cənab Recep Tayyip Erdoğan olmaqla Tükiyə Cumhuriyyətinin bütün vətəndaşlarına göstərdikləri dəstəyə görə təşəkkür və ehtiramını bildirdi, müharibə ərəfəsində dəstəyini əsirgəməyən digər dövlətlər və beynəlxalq təşkilatların səylərini yüksək qiymətləndirdi.
Caspian Energy Club-un idarə heyətinin üzvü və “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Avni Demirci öz növbəsində hərkəsi salamlayaraq Azərbaycan və Türiyə arasında əzəli qardaşlıq bağlarının mövcud olduğunu, iki dövlət bir millət kəlamının dünya dövlətləri arasında alternativinin olmadığını, qazanılmış qələbəyə Türkiyə vətəndaşlarının azərbaycanlılar qədər sevindiyini vurğuladı. Keçən müddət ərzində dünya birliyinin və beynəlxalq təşkilatların Qarabağı Azərbaycan torpağı kimi tanımasına baxmayaraq hərəkətsizlik göstərdiklərini, lakin ölkə iqtisadiyatının güclənməsi ilə orduya zamanında edilmiş düzgün yatırımlar nəticəsində düşmənin müdafiə xəttinin darmadağın edildiyini, bu tarixi hadisəyə şahidlik etdiyi üçün qürur hissi keçirtdiyin və Azərbaycan ordusunun üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini dedi. Dövlətin orada təməl işləri həyata keçirdikdən sonra sahibkarlar tərəfindən fabrik, zavod, iaşə obyektləri və bankların yaradılması istiqamətində məqsəd yönlü fəaliyyətin həyata keçirilməsinin zəruri olduğunu, təhlüəsizlik tədbirləri görüldükdən sonra “Ziraat Bank”ın ilk şöbəsinin açılacağını və insanların maliyyə probləmlərinin həll edilməsi ilə bağlı lazımi köməkliyin göstəriləcəyini və güzəştli kreditlərin veriləcəyini bildirdi.
 
Caspian Energy Club-un idarə heyətinin üzvü və “Ase Asya Afrika Hızlı Kargo və Dağıtım”ın Baş direktoru Rəşad Abasov qələbənin xalq, ordu və dövlətin iqtisadi gücü nəticəsində əldə olunduğunu qeyd etdi. İnsanların maddi, sosial vəziyyətindən asılı olmayaraq orduya dəstək verməsini yüksək qiymətləndirdi və iş adamlarını Qarabağın çiçəklənməsi istiqamətində görüləcək işlərdə birgə addımlar atmağa çağırdı. Şirkət olaraq logistika və tikinti sahəsində fəaliyyət göstərdiklərini qeyd edən Rəşad Abasov tikinti sektoru ilə bağlı artıq bəlli layihələr əsasında dövlətə təkliflər verdiklərini, həmçinin logistika sahəsin iqtisadiyyatın ayrılmaz hissəsi olduğunu və Qarabağın bir neçə bölgəsində öz xidmətlərini sahibkarların istifadəsinə vermək niyyətində olduqlarını bildirdi. 
 
Caspian Energy Club-un idarə heyətinin üzvü və “Narimanfilm”kinostudiyasının  Baş direktoru Nəriman Məmmədov əldə olunmuş qələbənin əzəmətli hadisə olduğunu vəillərlə analizinə ehtiyyac yaranacağını qeyd edərək hər kəsi qələbə münasibətilə təbrik etdi. O, “Nərimanfilm” kinostudiyası tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əsgər və zabitlərimizin göstərdikləri şücayəti özündə əks etdirən tammetrajlı bədii filmin çəkilməsi prosesinə start veriləcəyi və həmin filmin çəkilişlərinin işğaldan azad olunmuş torpaqlarda aparılacağı barədə məlumat verdi.
Daha sonra Ali Baş Komandanın təkcə hərb meydanında deyil informasiya cəbhəsində necə məharətlə mübarizə apardığı  sözlərinə əlavə edən Nəriman Məmmədov ona Milli qəhrəman fəxri adının və marşal hərbi rütbəsinin verilməsi barədə Milli Məclisə klub tərəfindən müraciət edilməsini təklif etdi. Növbəti təklifində şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə fərdi qaydada sahibkarların yardım göstərdiklərini, lakin bu məsələnin sistemli şəkildə həyata keçirilməsinə ehtiyyac duyulduğunu, sahibkarların gələcəkdə işə qəbul prosesində həmin həssas təbəqəyə üstünlük verməsinin onlara böyük dəstək olacağını bildirdi.
 
Telman Əliyev çəkiləcək filmin dünya festivallarında təmsil olunarsa Qarabağ həqiqətlərinin çatdırılmasında uğurlu addım olacağınıbildirdi. Daha o sonra şəhid ailələrinə və qazilərimizə maddi yardım göstərilməsi ilə bağlı Zərifə Həmzəyeva tərəfindən səsləndirilmiş fikirləri dəstəkləyərək vurğuladı ki dövlət orqanlarının da dəstəyi ilə “Qarabağ Azərbaycandır!”  Fondunun təkcə maddi dəstəklə kifayətlənməmsi, eyni zamanda məşğulluq probleminin də həllində öz tövhəsini verməsi vacib addım olacağ.
 
Caspian Energy Club-un idarə heyətinin üzvü və “ITECA Caspian/CaspianEvent Organisers”in Baş direktoru Fərid Məmmədov təbriklərə qoşularaq 2020-ci ilin digər xalqların yaddaşına pandemiya ili kimi qalacağını, lakin xalqımızın yaddaşında  Ali Baş Komandanın rəhbərliyi altında qazanılan zəfər ili kimi xatırlanacağını bildirib: “2021-ci və gələcək illərdə planlaşdırdığımız sərgilər çərçivəsində Qarabağa investisiyalar cəlb edən layihə və şirkətlərə xüsusi diqqət ayıracağıq. Qarabağda işgüzar tədbirlərin keçirilməsinə imkan verən infrastruktur yaranan kimi sərgilər bu regionun sürətli bərpası və biznesin inkişafı üçün vacib platformaya çevriləcək. Bizim bu istiqamətdə artıq planlarımız mövcuddur”.
Sonra 3 saat davam edən online tədbir zamanı Caspian Energy Club komitə, altkomitə və işçi qruplarının rəhbərləri və üzvləri tərəfindən bir sıra təkliflər səsləndirildi. Caspian Energy Club-un ümumi toplantısında səslənən təkliflər Ali rəhbərliyə təklif paketi formasında yönləndiriləcək.
 
Sıralarında 50 ölkədən 5000 çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G,B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var. 
QarabağAzərbaycandır!
Biz birlikdə güclüyük! 
 








Redaktorun seçimi