Sahibkarlığın İnkişafı Fondu auditor seçir

Hit: 796
Sahibkarlığın İnkişafı Fondu auditor seçir
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişaf Fondu 2020-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
 
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 20-si, saat 12:00-a qədər, qurumun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.
 
Maraqlanan təşkilatlar (012) 310-23-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.








Redaktorun seçimi