TAP kommersiya əməliyyatlarına hazırdır

Hit: 613
TAP kommersiya əməliyyatlarına hazırdır
Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG şirkəti Azərbaycan təbii qazını Avropaya nəql edəcək qaz nəqliyyat sistemi olan Trans Adriatik Boru Kəmərinin (TAP) kommersiya fəaliyyətinə başlamağa hazır olduğu barədə məlumat yayıb.
 
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri vasitəsilə ildə 10 mlrd. kubmetr qazın Avropaya nəqli nəzərdə tutulur. Kəmər ötürmə qabiliyyətini ildə 20 mlrd. kubmetrə qədər artırılma potensialı ilə layihələndirilib. Bu boru kəməri beynəlxalq səviyyədə tanınmış keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarına tam uyğundur.
 
Boru Kəmərinin inşasının başa çatması və kommersiya fəaliyyətinə başlaması “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addımdır. TAP ölkəmizi Avropa ilə uzun müddətə birləşdirən daha bir enerji bağlantısı olaraq enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş rolunu daha da gücləndirir.  








Redaktorun seçimi