Azercell şəhid ailəsini himayəyə götürdü

Hit: 874
Azercell şəhid ailəsini himayəyə götürdü

Həyata keçirdiyi korporativ sosial layihələri ilə hər zaman öncül sıralarda qərarlaşan “Azercell Telekom” bu dəfə şəhid ailəsinə dəstək olub.

Belə ki, “Azercell Telekom” vətən uğrunda şəhid olan Cəfərov Röyalın ailəsini himayəyə götürəcək.

Faktor.az xəbər verir ki, şirkətin korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya öz facebook səhifəsində qeyd edib ki, şəhidimizin həyat yoldaşı Füruzə Cəfərovanın bank hesabına kiçik övladlarının 18 yaşı tamam olana qədər (qızı 3 yaş  oğlu 3 aylıq) hər ay 1000 AZN vəsait köçürüləcək. Ailənin digər ehtiyacları da gələcəkdə nəzərdən keçiriləcək.

"Ümid edirəm ki, Füruzə xanım bizim dəstəyi qəbul edəcək. Qeyd edim ki, bundan öncə də Azercell şəhid ailələrinə, onların övladlarının təhsilinə yardım edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cəbhədə olan əsgərlərimizi qorusun! Onlara hər qarış torpağımız üçün borcluyuq! Qələbə ilə geri dönmələrini gözləyirik Biz birlikdə güclüyük! QarabağAzərbaycandır" , deyə N.Şıxlinskaya bildirib.

Qeyd edək ki,  “Azercell Telekom”-un şəhid ailəsinə göstərdiyi böyük ehtiram sosial şəbəkə istifadəçiləri tərəfindən böyük qürür hissi ilə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Azercell-i digər şirkətlərə nümünə kimi göstəriblər. 









Redaktorun seçimi