Azərbaycanda energetika üzrə məlumatların vahid elektron bazası yaradılır

Hit: 762
Azərbaycanda energetika üzrə məlumatların vahid elektron bazası yaradılır
Energetika Nazirliyi "energetika sahəsi üzrə məlumatların vahid elektron bazası” adlı platformanın (sistemin) satın alınması üçün açıq tender elan edib.
 
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
 
İddiaçılar ilkin sənədləri noyabrın 27-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 7-si, 15:00-a qədər nazirliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 84 (Hökumət Evi) ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş məsləhətçisi Elçin Mehrəliyevdir. Telefon: (012) 598-16-53 (daxili: 1132).
 
Təkliflərə dekabrın 8-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec 20 təqvim günü müddətində təhvil verilməlidir.








Redaktorun seçimi