Gəlirlər 20 milyon dollara çatdı

Hit: 810
Gəlirlər 20 milyon dollara çatdı

Artıq 4 ildir ki, investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan sayca 16-cı faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir gətirdi.

Bununla da, İstiqraz sahiblərinin ümumi qazancı 20 milyon dollara yüksəlmiş oldu.

“SOCAR Capital” şirkətindən Faktor.az-a verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülmüşdür. Təkrar bazar əməliyyatları həcminin $193 milyonu ötməsi, bağlanmış əqd sayının 2.300–ə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $36 milyonu üstələməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir. 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 yanvar tarixində baş tutacaq.

Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların daim xidmətindədir. Qeyd: 17 oktyabr tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün faiz ödənişləri növbəti iş günü həyata keçiriləcəkdir.







Redaktorun seçimi