Türkiyədə yaşayan azərbaycanlı iş adamı ordumuza 30 ton dərman yolladı - FOTOLAR

Hit: 1021
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ordumuza 30 ton dərman yolladı - FOTOLAR
Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və uzaqgörən dövlət xadimi olataq peşəkar idarəçiliyi nəticəsində Azərbaycan 30 illik işğala son qoymaq üçün Vətən Müharibəsinə başlayıb. Bütün ölkə müsəlləh əsgər kimi silahlı qüvvələrimizin və onun ali rəhbərinin ətrafında yumruq kimi birləşib. 
 
Faktor.az xəbər verir ki, təkcə ölkə xaricində deyil, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, qədirbilən qardaşlarımız da bu vətən savaşına öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər. 
 
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Vəfadar Həsənov da ürəyi vətən segisi ilə döyünən soydaşlarımızdandır. 
 
"Helba" İlaç çirkətinin sahibi olan Vəfadar Silahlı Qüvvələrə Yardım Fonduna nə az, nə çox, düz 30 ton tibbi yardım göndərib. Həmin tibbi yardımlar minlərlə hərbçimizin, düşmən atəşinə nəticəsində yaralanan xeyli sayda mülki insanlarımızın dadına çatacaq, onları yenidən həyata qaytaracaq.
1
1
1








Redaktorun seçimi