“AtaSığorta” əmlak sığortası üzrə növbəti ödənişini - AÇIQLADI

Hit: 662
“AtaSığorta” əmlak sığortası üzrə növbəti ödənişini - AÇIQLADI
Azərbaycan sığorta bazarına yeniməhsullar təqdim etməklə fərqlilik yaradan “AtaSığorta” şirkəti könüllü əmlak sığortası üzrə növbəti ödənişin həcmini açıqlayıb.
 
Şirkətin Biznesin İnkişafı Departamentindən Faktor.az-a verilən məlumata görə, “AtaSığorta” şirkəti tərəfindən Dəzgah sınması sığorta növü üzrə müştəriyə 15 000 manat həcmində sığorta ödənişi edilib. 
 
Qeyd edək ki, cari ilin 9 ayı ərzində “AtaSığorta” şirkəti tərəfindənümumilikdə 6 600 000manat həcmində ödəniş verilib.
 
Xatırladaq ki, Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial, 12 nümayəndəlik və 30-dan artıq satış ofisi) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.  
 







Redaktorun seçimi