Gömrük Komitəsi növbəti mobil tətbiqini istifadəyə verəcək

Hit: 1022
Gömrük Komitəsi növbəti mobil tətbiqini istifadəyə verəcək
Tezliklə Gömrük Komitəsi “Sadələşdirilmiş bəyannamə - sərnişin” elektron tətbiqini istifadəyə verəcək.
 
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi Anar Süleymanov deyib.
 
O bildirib ki, 305 nömrəli qərar əsasən iki problemi tənzimləyir. Bunlardan birincisi beynəlxalq poçt göndərişləri, ikincisi isə sərnişin bəyannaməsi ilə bağlıdır. Yaxın zamanda təqdim ediləcək yeni tətbiq gömrük sərhədini fiziki keçən sərnişinlər üçün nəzərdə tutulub.
 
A.Süleymanov deyib ki, hazırda sərnişinlərin üzərində bəyan ediləsi mallar olduqda bəyannamənin verilməsi veb formatda həyata keçirilir. Növbəti mərhələdə isə bunun mobil formatda elektron tətbiqi istifadəyə veriləcək və sərnişinlər gömrük əməkdaşları ilə təmas qurmadan üzərindəki bəyan edilməli malları mobil telefonları vasitəsilə qeyd edə biləcəklər.








Redaktorun seçimi