VEYSƏLOĞLU 200-dən çox şəhid ailəsi - Qarabağ qazisi və əlilinə dəstək olur

Hit: 646
VEYSƏLOĞLU 200-dən çox şəhid ailəsi - Qarabağ qazisi və əlilinə dəstək olur
Veysəloğlu Şirkətlər Qrupu vətənimizin azadlığı və bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə həssaslıqla yanaşır və korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində onlar üçün çoxsaylı layihələr həyata keçirir.
 
Faktor.az xəbər verir ki, artıq 4 şəhid ailəsi himayəyə götürülüb. Onlardan 3-ü Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailəsidir. Bu dəstək çərçivəsində onlara hər ay təyin edilmiş məbləğdə maddi yardım olunur.
 
Şirkətlər Qrupu Qarabağ savaşında iştirak etmiş 27 veteran döyüşçüyə hər ay maddi yardım ayırır.
 
Bununla yanaşı 200-dən çox şəhid ailəsi, Qarabağ qazisi və əlilinə ilboyu bayramlarda xüsusi yardım paketləri çatdırılır.
 
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdən didərgin düşmüş və məcburi köçkün vəziyyətində yaşayan vətəndaşlarımız da diqqətdən kənarda qalmır. Məsələn, yeni tədris ilinin başlanması ərəfəsində Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan aztəminatlı məcburi köçkün ailələrinin övladlarına portativ kompüter və notbuklar təqdim edilib.
 
Bundan əlavə, fərqli vaxtlarda Aprel döyüşləri şəhidlərinin övladları üçün də müxtəlif səpkili layihələr həyata keçirilib.
 
Həmçinin, COVID-19 (koronavirus) pandemiyası dövründə cəbhəyanı ərazilərdə yaşayan 300-dək şəhid və qazi ailəsinə, eləcə də yerli əhaliyə ərzaq yardımı paylanılıb.
 
Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə lazım olan fəaliyyətləri davam etdirəcək.







Redaktorun seçimi