Neftçalada 788 tondan çox meyvə tədarük olunub

Hit: 1301
Neftçalada 788 tondan çox meyvə tədarük olunub
Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 595.8 hektar çoxillik meyvə bağlarından 802.9 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
 
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparırlar. Bağbanlar cari ilin 8 ayı ərzində 788.5 ton meyvə yığıblar. Tədarük olunan meyvənin 118.1 tonunu alma, 46.8 tonunu armud, 57.9 tonunu ərik, 11.4 tonunu albalı, 26.8 tonunu şaftalı, 230.1 tonunu gavalı, 166.8 tonunu alça, 26.6 tonunu gilas, 11.6 tonunu fındıq, 92.4 tonunu isə digər meyvələr təşkil edib.
 
Rayonda meyvə yığımı davam edir.








Redaktorun seçimi