MIDA Hövsanda yeni yaşayış kompleksi inşa edəcək

Hit: 727
MIDA Hövsanda yeni yaşayış kompleksi inşa edəcək
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA" MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
 
Faktor.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").
 
Qalib şirkətə 637,6 min manat ödəniləcək.








Redaktorun seçimi