“Azərişıq” məlumat yaydı

Hit: 877
“Azərişıq” məlumat yaydı
2020-ci ilin yanvar - avqust aylarında “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Bakı və regionlar üzrə 1088 kənar xəttdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb.
 
ASC-dən Faktor.az-a verilən məlumata görə, beləliklə, itirilmiş enerjinin miqdarı 14 884 492  kVts həcmində olub. Bu isə 1 406 227  manat deməkdir. Oğurluq faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. 
 
ASC tərəfindən quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir ki, bu da yerində müdaxilə hallarının aşkarlanması zamanı operativliyi təmin edir. 
 
ASC qanunsuz yola baş vuran abonentlərə bir daha müraciət edərək, qeyri qanuni yolla elektrik enerji istifadəsindən çəkinməyə çağırır.
 
Bildirilir ki, kənar xətt və xüsusi qurğular vasitəsiylə enerji təchizatına qanunsuz müdaxilə edən şirkət və müəssisələrlə yanaşı, MTK-lar da var. 








Redaktorun seçimi