"Veysəloğlu"nun innovativ layihəsi beynəlxalq müsabiqədə qalib oldu

Hit: 1369
"Veysəloğlu"nun innovativ layihəsi beynəlxalq müsabiqədə qalib oldu
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC-nin təhlükəsizlik sahəsində həyata keçirdiyi “Elektron kilid” layihəsi beynəlxalq informasiya texnologiya müsabiqəsində qalib olub.
 
Dünyada Wialon proqramı ilə məşhurlaşmış “Gurtam” informasiya texnologiyaları şirkəti tərəfindən “İlin IoT layihəsi” (IoT Project of The Year) adlı beynəlxalq müsabiqə keçirilib.
 
Ötən gün müsabiqənin təqdimat mərasimi YouTube üzərindən canlı yayımlanıb.
 
Müsabiqəyə 68 ölkədən 100-ə qədər IoT (Internet of things) layihələri təqdim olunub. Onların arasından “AVT Logistics”də təhlükəsizliklə bağlı həyata keçirilən “Elektron kilid” (Electronic lock) layihəsi “Çatdırılma xidmətləri” nominasiyası üzrə qalib elan edilib.
 
“AVT Logistics”lə yanaşı layihəni həyata keçirən “A+A Security” şirkəti də eyni nominasiyada təltif edilib.
 
Xatırladaq ki, “Elektron kilid” sistemi yüklərin təhlükəsiz və etibarlı şəkildə ünvana çatdırılması ilə yanaşı, qapıların plomblanması xərclərinə qənaət etməyə, səfər saylarını dəqiq hesablamağa, nəqliyyat vasitəsi və sürücülərin işini düzgün qiymətləndirməyə imkan verir.








Redaktorun seçimi