VEYSƏLOĞLU-nun dəstəklədiyi gənclər bu il də yüksək nəticələr göstərir

Hit: 1598
VEYSƏLOĞLU-nun dəstəklədiyi gənclər bu il də yüksək nəticələr göstərir
VEYSƏLOĞLU Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarına dəstək üçün həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində iştirakını davam etdirir.
 
Faktor.az xəbər verir ki, şirkətlər Qrupu layihə çərçivəsində artıq ikinci ildir ki, Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyəti və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradır.
 
VEYSƏLOĞLU Şirkətlər Qrupu 2019/2020-ci tədris ilində Hacıqabul və Yevlax rayonlarından olan 24 gəncin təhsil almalarına maddi dəstək göstərib. İyun-iyul aylarında ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə keçirilmiş buraxılış imtahanlarında Şirkətlər Qrupunun dəstəklədiyi gənclərdən 16-sı orta, 6- si isə yüksək nəticə əldə edib. Bir neçə gün əvvəl isə həmin gənclər ali məktəblərə qəbul imtahanlarında iştirak ediblər.
 
Xatırladaq ki, “Gələcəyini Qur!” layihəsi artıq 6 ildir həyata keçirilir. VEYSƏLOĞLU Şirkətlər Qrupu 2018/2019-cu tədris ilindən bu təşəbbüsə qoşulub. Həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında VEYSƏLOĞLU Şirkətlər
 
Qrupunun dəstəklədiyi 20 şagirdin hamısı yüksək nəticələr göstərərək tələbə adını qazanıb və hazırda müxtəlif universitetlərdə dövlət sifarişli (ödənişsiz) əsaslarla təhsil alırlar.
 
“Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə savadlı və sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə çərçivəsində ali məktəblərə hazırlıqla yanaşı, gənclərə psixoloji dəstək göstərilir, onların hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir.








Redaktorun seçimi