Təlim müvəkkilləri ilə onlayn iclas keçirilib

Hit: 728
Təlim müvəkkilləri ilə onlayn iclas keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin təlim müvəkkilləri ilə onlayn iclası keçirilib.
 
Faktor.az xəbər verir ki, iclasda İnsan resursları şöbəsinin Təlim və inkişaf sektorunun təşkilatçılığı ilə 2020-ci il ərzində Dövlət Aqrar İnkişaf Mərkəzləri və Nazirliyin tabeli qurumlarının əməkdaşları üçün təşkil olunan təlimlərlə bağlı hesabatlar dinlənilib.
 
Onlayn iclasda maarifləndirmə tədbirlərinin ən mühüm tərkib hissələrindən biri olan təlimlərin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və səsləndirilən təkliflər qeydiyyatda alınıb.
 
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev bildirib ki, maarifləndirmə məqsədilə təşkil olunan təlim və tədbirlər əməkdaşların karyera və şəxsi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Aparat rəhbərinin müavini əlavə edib ki, iclasda səsləndirilən təkliflər nəzərə alınacaq, işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlər davam etdiriləcək.







Redaktorun seçimi