İsmayıllıda növbəti onlayn qəbul keçirilib - FOTOLAR

Hit: 3846
İsmayıllıda növbəti onlayn qəbul keçirilib - FOTOLAR
İsmayıllı Rayon İcra Hakimiyyətində onlayn qəbul keçirilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların müraciətləri dinlənilib. Müraciət edən Qalınçaq kənd sakini, şəhid anası Pambıq Həsənova qəbiristanlığa çəkilmiş elektrik xəttinin təmiri və kəndə olan şəhid bulağının abadlaşdırılmasını xahiş edib. Digər vətəndaşlar da öz şəxsi və yaşadıqları ərazilərin ümumi problemlərindən danışıblar. Hər bir müraciət qeydiyyata alınaraq RİH-nin məsul işçilərinə araşdırılması üçün tapşırıqların veriləcəyi bildirilib.
 
Məlumat üçün bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Respublika ərazisində  virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün dövlət orqanlarında qəbullar dayandırılıb. Cənab Prezident İlham Əliyev çıxışlarında məmurlara ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamağı tapşırıb. Bu səbəbdən RİH başçısı tərəfindən imtiyazlı vətəndaşlar mütamadi olaraq onlayn qəbul edilir.
1
1








Redaktorun seçimi