Bakıda “Azpetrol”un yeni YDM-i istismara verildi - FOTOLAR

Hit: 2541
Bakıda “Azpetrol”un yeni YDM-i istismara verildi - FOTOLAR
31 iyul 2020-ci il tarixində “Azpetrol” şirkətinin Bakı şəhərinin Nizami rayonunda sayca 93-cü YDM-i açıldı.

Faktor.az xəbər verir ki, yeni YDM “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə açılmışdır. 
Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib.
 
YDM-in istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.
 
Onu da bildiririk ki,  yeni yanacaqdoldurma məntəqəsində 48  nəfər  daimi işlə təmin edilib.
 
Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif korporativ hədiyyələr verilib. Gələn il həmin YDM-in yanında tikilən “Azpetrol”un “Hotel SPA & Fitness” mərkəzi istifadəyə veriləcək.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi