AMB uçot dərəcəsini endirib

Hit: 1934
AMB uçot dərəcəsini endirib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6,75%-ə endirilməsi haqqında qərar qəbul edib.
 
Faktor.az-ın verdiyi xəbərə görə, bu barədə  AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
 
Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyən edilib.
 
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il 18 sentyabr tarixində ictimaiyyətə açıqlanacaq.
 
Qeyd edək ki, AMB-nin uçot dərəcəsinə bu il ərzində indiyədək beş dəfə baxıb.
 
31 yanvar 2020-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul edib, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib (9% və 5.5%).
 
Daha sonra 19 mart 2020-ci ildə AMB uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılıb.
 
1 may 2020-ci ildə isə uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib.
 
19 iyun 2020-ci ildə AMB uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib, faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilib.
 
Bu il ərzində faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların 18 sentyabr, 30 oktyabr və 18 dekabr tarixində açıqlanacağı gözlənilir.








Redaktorun seçimi