Neftçalada kənd yolları əsaslı təmir olunur - FOTOLAR

Hit: 1965
Neftçalada kənd yolları əsaslı təmir olunur - FOTOLAR
Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, Neftçala Rayon İcra Hakimiyyətin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Neftçala rayonunda Yenikənd - Qırmızı Şəfəq - 1 nömrəli Mayak - Sübh kənd yolunun əsaslı təmiri davam etdirilir.⠀
Faktor.az xəbər verir ki, sözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarma və çalalar əmələ gəlib. Bu səbəbdən əsaslı şəkildə təmirinə zərurət yaranıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yenikənd - Qırmızı Şəfəq - 1 nömrəli Mayak - Sübh kənd yolunun əsaslı təmirinə start verilib.
 
Hal-hazırda yol boyu asfaltlama işləri davam etdirilir. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 6 metr enində hərəkət hissəsi nəzərə alınmaqla 9 km uzunluğunda yeni asfalt örtüyünün yaradılması nəzərdə tutulub ki, artıq bu yolun 2,5 km-i bərpa edilərək asfaltlanıb. Görülən bərpa və təmir işləri üçün 10 ədəd texnika və 13 nəfərlik işçi heyəti cəlb olunub. Hal-hazırda təmir-bərpa işləri davam etdirilməkdədir.
1
1
1
1
1
1








Redaktorun seçimi