Neftçalada içməli su probleminin həlli üçün bu işlər görülür - FOTOLAR

Hit: 1912
Neftçalada içməli su probleminin həlli üçün bu işlər görülür - FOTOLAR
Artıq bir müddətdir ki, Kür çayının suyunun azalması, eyni zamanda Xəzər dənizinin çaya doğru geriyə axması nəticəsində Neftçala rayonu ərazisində içməli su problemi yaranıb. 
Ümumiyyətlə ilk dəfədir ki, baş verən bu təbiət hadisəsi ciddi fəsadlarla səbəb olub. 
 
Faktor.az xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla kənd və qəsəbələrdə insanların içməli suya olan tələbatında, eyni zamanda əkin sahələrinin və mal-qaranın suvarılması çətinləşib. 
Problemlərin həlli istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. 
 
İlk olaraq İcra Hakimiyyəti başçısının yanında Operativ Qərargah yaradılıb. Mövcud problemin həlli istiqamətində qısa müddət ərzində araşdırma aparılıb. Əhalinin içməli su ilə təmin olunmasının ən zəruri məsələ olduğu nəzərə alınaraq Azərsu ASC-nin əməkdaşları Neftçalaya ezam olunub. İritutumlu (35 ton) iki su maşını ilə qonşu Salyan rayonundan gün ərzində bir neçə dəfə içməli su gətirilir. Daha sonra kiçik tutumlu (5-10 ton) maşınlar vasitəsilə həmin su qəsəbə və kəndlərə paylanır. Rayon mərkəzində yerləşən binaların, eyni zamanda məhəllələrin hər birinə iritutumlu çənlər yerləşdirilib. Su maşınları vasitəsilə növbəli şəkildə həmin çənlərə içməli su verilir və əhali də bundan istifadə edir. 
 
Yay aylarında təlabatın çoxluğunu nəzərə alaraq mümkün olan yerlərdə aparılan geoloji-kəşfiyyat işlərindən sonra artezan quyuları qazılıb və proses hazırda davam edir.
Müxtəlif təşkilatlar, Milli Məclisin deputatları, su şirkətləri tərəfindən artıq bir neçə dəfə rayona içməli su gətirib və daha çox yaşlı, əlil və bu kateqoriyadan olan insanlara verilib. Bu işdə Neftçala rayon könüllüləri yaxından iştirak ediblər. 
 
Problemin həlli istiqamətində ən vacib məsələ rayona su xəttinin çəkilməsidir. Prezident İlham Əliyevin sərəncamı ilə bunun üçün 5 milyon manat vəsait ayrılıb. Artıq Salyan rayonu ərazisində yerləşən su anbarından 44 km uzunluğunda yeni xəttin çəkilməsi həyata keçirilir. İşlərin daha da sürətlə irəliləməsi üçün bütün zəruri addımlar atılır. 
 
Operativ Qərargah tərəfindən işlərə nəzarət mexanizmi gündəlik olaraq həyata keçirilir. Təbii ki, isti havalarda suya tələbat daha çoxdur. Vətəndaşların bunu nəzərə alması və digər ərazilərə də suyun çatdırılması üçün bir qədər qənaət etməsi daha məqsədəuyğundur.
 
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi