Bankomatlardan pensiya və təqaüdləri əlavə faiz tutulmadan əldə etmək mümkündür

Hit: 1511
Bankomatlardan pensiya və təqaüdləri əlavə faiz tutulmadan əldə etmək mümkündür
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.
Faktor.az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
 

 

 









Redaktorun seçimi