Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin həcmi artıb

Hit: 732
Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin həcmi artıb
Vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 404 mln 425,2 min manat vəsait yönəldilib.
 
Faktor.az-ın məlumatına görə “Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 1,3% çoxdur.
 
Əsas kapitala yönəldilmiş vəsaitin 384 mln 137,7 min manatı və ya 95%-i tikinti-quraşdırma işlərinin payına düşüb.








Redaktorun seçimi