Ordubadda nasos stansiyası yenidən qurulacaq

Hit: 1745
Ordubadda nasos stansiyası yenidən qurulacaq
Ordubad rayonunda ailə təsərrüfatlarının inkişafı üçün geniş imkanlar yaradılır. Xüsusilə torpaqlardan səmərəli istifadəyə imkan verən irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Yeni torpaqlar əkin dövriyyəsinə qatılır, suvarma suyuna olan tələbat ödənilir. Bu tədbirlərin davamı kimi rayonun Biləv kəndindəki nasos stansiyası yenidən qurulacaqdır.
 
Faktor.az xəbər verir ki, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nasos stansiyasının mövcud vəziyyəti ilə  maraqlanıb.
 
Məlumat verilib ki, yeni nasos stansiyası qurulduqdan sonra Ordubad rayonunun Biləv, Culfa rayonunun Yaycı və Dizə kəndlərinin 640 hektar torpaq sahəsi daimi suvarma suyu ilə təmin olunacaqdır.








Redaktorun seçimi