“Rabitəbank”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Hit: 1071
“Rabitəbank”ın mətbuat katibi vəzifəsindən ayrıldı
“Rabitəbank” ASC-də İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Nərmin Seyidova vəzifəsindən ayrılıb.
 
Faktı  Nərmin Seyidova təsdiq edib.
 
Artıq yeni vəzifəni Gülşən Həsənzadə icra edəcək. Gülşən Həsənzadə bundan öncə “Endorphin”, “Media Balans” reklam agentliklərində, “Azersun Holdinq”də çalışmış və beynəlxalq layihələrdə iştirak edib.
 
Qeyd edək ki, Nərmin Seyidova bundan öncə Azərbaycan Yelkənli İdman Federasiyasının, Caspian Şirkətlər Qrupunun, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, “Azərbaycan Mədəniyyət, İncəsənət və Elm evi” Gənclər Evi Sosial İnkişaf Proqramı, Avroviziya mahnı müsabiqəsinin rəsmi Fan-Klubunun PR rəhbəri vəzifələrini icra edib.








Redaktorun seçimi