"Azərişıq"da kadr dəyişiklikləri baş verib

Hit: 917
"Azərişıq"da kadr dəyişiklikləri baş verib
“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.
 
Faktor.az xəbər verir ki, qurumun sədri Vüqar Əhmədovun əmri ilə “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfü Ağayev tutduğu vəzifədən azad edilib.
 
Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib.
 
"Azərişığ"ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu xəbəri təsdiqləyib.







Redaktorun seçimi