Dünyanın ən məşhur foto agentliyi Bakı nəqliyyatından yazdı - FOTOLAR

Hit: 1911
Dünyanın ən məşhur foto agentliyi Bakı nəqliyyatından yazdı - FOTOLAR
Məlumat verildiyi kimi, COVİD-19 virusuna qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdıdılmasına başlanılıb. 
 
Faktor.az xəbər verir ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib. Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir. Sərnişindaşımalara cəlb edilən 553 avtobusda isrehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.
 
Artıq dünyanın ən böyük və aparıcı foto agentliyi olan "Getyy İmages" Bakı nəqliyyatında koronavirusun qarşısnı almaq üçün tətbiq edilən bu yenilikdən fotoreportaj hazırlayıb. Qeyd olunub ki, Bakıda avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələrin quraşdıdılır. 
 
 
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi