ASCO-da dezinfeksiya işləri davam edir

Hit: 755
ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
 
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Şimal-1”, “Şimal-52”, “BMK-7648”, “BMK-7218”, “BMK-7219”, “Atlet-8”, “BMK-7408”, “BMK-6795”, “Cəfər Cabbarlı”, “Dağıstan”, “Akademik Topçubaşov”, “Şahdağ”, “Professor Gül”, “PSK-51”, “PSK-38”, “Çalqan-8”, “PSK-40”, “Zərdab-6”, “MPK-474”, “Orion-18” gəmilərində, eləcə də ASCO-nun tikilməkdə olan yeni inzibati binasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, Azərbaycan Dənizçilik Kollecinin yataqxanasında, dənizçilərin səfərlərarası istirahət yataqxanasında aparılıb.
 
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.








Redaktorun seçimi