Dünya iqtisadiyyatı 3 il sonra necə olacaq?

Hit: 637
Dünya iqtisadiyyatı 3 il sonra necə olacaq?

2006-cı ildən müştərilərinə Tətbiqi Proqramlar Paketi hazırlamaqla məşğul olan Logix-in CEO-su, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  dosenti Sakit Səmədov növbəti üç ildə dünya iqtisadiyyatı ilə bağlı maraqlı araşdırma aparıb. Onun fikrincə gələcək 3 ildə dünya iqtisadiyyatı yenidən dizayn ediləcək və 2,5 trilyon dollarliq sənaye paylanmasi olacaqdir.

Yuxarıdakı şəkildə dünya ölkələrinin 2018-ci il ÜDM həcmidir. Dünya İqtisadiyyatının ÜDM-nin ümumi həcmi 86 trilyon dollar təşkil edir və bu ÜDM həcminin 75%-i 15 ölkənin payına düşür. 2017-cu ildə isə bu rəqəm 80 trilyon dollar təşkil edirdi. Ümumilikdə ölkələrin böyüməsinin ÜDM-yə nəzərən hesablandığını nəzərə alsaq, hər keçən il  böyümə müşahidə olunduğunu görünür. 2020-ci ildə isə G7 ölkələrində 5-8% kiçilmə müşahidə olunacağı təxmin olunur. Hətta Almaniyada bu kiçilmənin 6,5% olacağı proqnozlaşdırılır.

NO

Ölkələr

ÜDM (Nominal, USD) Dünya üzrə (%)
#1 ABŞ $20.49 trilyon 23.89%
#2 Çin $13.61 trilyon 15.86%
#3 Yaponya $4.97 trilyon 5.79%
#4 Almaniya $4.00 trilyon 4.66%
#5 İngiltərə $2.83 trilyon 3.29%
#6 Fransa $2.78 trilyon 3.24%
#7 Hindistan $2.73 trilyon 3.18%
#8 İtalya $2.07 trilyon 2.42%
#9 Brazilya $1.87 trilyon 2.18%
#10  Kanada $1.71 trilyon 1.99%
#11 Rusiya $1.66 trilyon 1.93%
#12 Cənubi Koreya $1.62 trilyon 1.89%
#13  Avstraliya $1.43 trilyon 1.67%
#14 İspaniya $1.43 trilyon 1.66%
#15 Meksika $1.22 trilyon 1.43%

2018-ci ilin statistikasına əsasən Çin 13,61 (14,2 trilyon-2019) trilyon dollarlıq ÜDM həcminə görə dünyanın 2-ci nəhəng iqtisadiyyatına sahibdir. Dünya ümumi ixrac həcmi 18,74 trilyon dollardır, idxal həcmi isə 19 trilyon dollardır. Çinin ixracat həcmi 2,5 trilyon, idxal həcmi isə 2 trilyon dollardır. Ümumilikdə Çinin ticarət dövriyyəsi 4,5 trilyon, yəni ümumi ticarət dövriyyəsinin 12%-ni təşkil edir. Deyə bilərsiniz ki, Çin 2-ci yerdədir, 1-ci yerdə Amerikadır. Lakin digər tərəfdən dünya miqyasındakı idxal-ixrac rəqəmlərinə nəzər saldığımızda vəziyyəyin nə qədər ciddi olduğunu aydın görmək olar. Son 3 ilin statistikasına nəzər salsaq görərik ki, Çindən ən böyük idxal həcminə sahib olan ölkə də Amerikadır və bu rəqəm təqribi 419 milyard dollardır.

Bu şəkildə isə Çinin Dünya ölkələrinə ixracat həcmi, ümumilikdə Çin ucuz qiymət siyasəti ilə dünya miqyasında inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən böyük tədarükçüsünə çevrilmişdir. Avropa, Orta Şərq və MDB ölkələrinə olan təqribi 600 milyard dollarlıq ixrac rəqəmlərinə nəzər yetirdiyimiz  zaman görərik ki, söhbət heç də kiçik rəqəmlərdən getmir.

Aşağıdakı cədvəllərdə Çinin dünya ölkələrinə eksport həcminin artım tempi təsvir olunur.

Avropa ölkələrinə eksport həcmi:

MİN ABŞ DOLLARI

 
İdxalçılar 2017-ci ildə ixrac edilib 2018-ci ildə ixrac edilib 2019-cu ildə ixrac edilib
Avropa ölkələrinin cəminə 373194053 410794095 428131103
Almaniya 71224289 77908711 79706091
Niderland 67325060 73124185 73945370
İngiltərə 57039880 56987896 62275959
İtaliya 29234031 33266948 33414562
Fransa 28029290 31193002 33104056
İspaniya 23014599 25064193 26825957
Polşa 17916691 20944256 23906087
Belçika 15779441 17137810 18242346
Çexiya 8781492 11912529 12911008
İsveç 7019611 8254438 8515588
Yunanıstan 4780552 6542161 7740224
Danimarka 6495779 7298392 6716704
Macarıstan 6042580 6540410 6439100
Rumıniya 3776979 4512111 4562822
Portuqaliya 3464745 3768702 4325492
Sloveniya 2889919 4435174 3404442
İrlandiya 2908818 3651707 3267313
Finlandiya 2838389 3086395 3024718

 

Orta Şərq ölkələrinə eksport həcmi:

MİN ABŞ DOLLARI  
İdxalçılar 2017-ci ildə ixrac edilib 2018-ci ildə ixrac edilib 2019-cu ildə ixrac edilib
Orta Şərq ölkələrinin cəminə 126441402 126597827 135920300
BƏƏ 28842011 29902887 33450538
Səudiyyə Ərəbistanı 18320971 17560589 23924462
Türkiyə 18143520 17864201 17321763
Misir 9512991 12020880 12217146
İran 18642027 14008984 9608726
İsrail 8949589 9315784 9516484
İraq 8348527 7917674 9473787
Küveyt 3115497 3321341 3860876
İordaniya 2811456 2973958 3734207
Oman 2325082 2875748 3020370
Yəmən 1645825 1876595 2821134
Qatar 1683515 2488628 2409266
Livya 2021808 1982773 1676014
Bəhreyn 904233 1138820 1487765
Suriya 1104989 1275207 1315799

 

MDB ölkələrinə eksport həcmi:

MİN ABŞ DOLLARI  
İdxalçılar 2017-ci ildə ixrac edilib 2018-ci ildə ixrac edilib 2019-cu ildə ixrac edilib
MDB ölkələrinin cəminə 72126570 80675089 87205697
Rusiya 43149783 48005203 49484540
Qazaxıstan 11632542 11326581 12806979
Ukrayna 5040557 7025517 7379260
Qırğızıstan 5371401 5546955 6312091
Özbəkistan 2763952 3942096 5044571
Belarusiya 933513 1145353 1777676
Tacikistan 1323547 1425934 1612376
Gürcüstan 915538 1102603 1400272
Azərbaycan 387613 516278 617035
Türkmənistan 369050 316779 431024
Ermənistan 141175 213134 220341
Moldaviya 97899 108656 119532

 

Dünya ölkələri üçün sənayenin bir ölkədə mərkəzləşməsinin çox böyük risk olduğunu hamımız çox yaxşı bilirik. Bu gün ən kiçik şirkətlər belə satış və satınalma proseslərini optimallaşdırmaq üçün ən az 3 alternativlə işləyərkən dünya ölkələrinin Çin təhlükəsini görməzdən gəlməsi çox maraqlıdır. Təbii ki, bu istiqamətdə müxtəlif fikirlər səsləndirmək olar. Çində işçi qüvvəsi çox ucuzdur. Çində əsas sənaye ilə yanaşı yan sənaye sahələri də inkişaf edib. Buna görə də zavodları orda tikdiyiniz zaman xammal tədarükü daha asan olur və s. kimi. Bu fikirlərin bəziləri ilə razıyam, lakin tabloya daha kənardan baxdığımız zaman aydın olur ki, bu sərfəli olsa da, ən səmərəli metod deyil. Bütün bunlar bilərəkdən  və ya bilməyərəkdən monopoliya yaranmasına səbəb olur.

Hazırkı vəziyyətdə olduğu kimi, Çində baş verəcək istənilən fövqəladə hadisələr, böhranlar baş verdiyi zaman bütün dünya ölkələri ağır nəticələrlə üzləşirlər. Misal olaraq deyə bilərəm ki, pandemiya dövründə G7 ölkərinin toplam zərəri 4.11 trilyon dollar olmuşdur. Ümumilikdə digər ölkələrlə birlikdə dəymiş zərərin həcmi 5,75 trilyon dollardır. G7 ölkələri Beynəlxalq hüquq normalarına görə dəymiş bu zərəri Çindən tələb etməyə hazırlaşır. Britaniyanın rəsmi olaraq elan edilmiş dövlət xərclərindən asılı olaraq 449 milyard dollar zərər tələb edə bilər. Eyni şəkildə, ABŞ 1 trilyon 200 milyard dollar, Kanada 59 milyard dollar və Avstraliya 37 milyard dollar zərərin qarşılanmasını tələb edə bilər.

İndi hamını bir sual düşündürür: Dünya nəhəngləri Çinin dünya iqtisadiyyatının sənaye mərkəzinə çevrilməsini görmürdülərmi və ya bilərəkdənmi belə olmasını dəstəklədilər? Gəlin baxaq görək bu hər zaman belə idi mi? Əslində belə deyildi. Aşağıda linkdəki videoya və sizə təqdim etdiyim qrafikdə son 10 ildəki böyümə tempinə nəzər salsanız əslində mənzərənin fərqli olduğunu görəcəksiniz.

https://www.youtube.com/watch?v=TBV4Wd02hP4

Çin ÜDM həcminin son 10 ildəki artım tempi aşağıdakı cədvəldəki kimidir

Deyə bilərik ki, bu rəqəmləri hamı bilir  və bu rəqəmlər bizim nəyimizə lazımdır?

Bəli bu rəqəmləri bütün dünya ölkələri bilir və hal-hazırda pandemiya sonrası iqtisadiyyatlarının yenidən dizayn edilməsi prosesi başlamışdır. İqtisadiyyatı və biləvasitə sənayesi Çindən asılı olan ölkələr alternativlərin formalaşması üçün fəaliyyətə başlayıblar artıq. Təqribi rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, 2,5 trilyon dollarlıq bir sənaye paylanmasından söhbət gedir. G7 ölkələri sənayelərinin alternativli tədarük zəncirinin formalaşması üçün xammal və yarımfabrikat potensialı olan ölkələrə yatırım etməyə hazırdırlar.

Düşünürəm ki, biz doğru analiz edib və doğru istiqamətdə yatırım yönləndirməsi etsək, sadəcə bizə nəqliyyat baxımından yaxın ölkələrin tədarük ehtiyacının bir hissəsini qarşılaya bilərik. Rəqəmlərin dili ilə desək yuxarıda qeyd etdiyimiz təqribi 600 milyard dollarlıq tədarük ehtiyacının minimum 5%-ni(30 milyard dollar) maximum 10%-ni (60 milyard dollar) qarşılaya bilərik. Bu rəqəmlər ölkə iqtisadiyyatı möhkəmlənməsi və qeyri-neft sektorunun inkişaf etməsi üçün çox əhəmiyyətli təsirə malik ola bilər.

 

Biz də ölkə olaraq bu proseslərdən kənarda qalmamalıyıq. Dünyada baş verəcək dəyişikliklərdən faydalanmaq lazımdır.

Atılacaq addımlar əslində çox sadədir:

  1. İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrlə iqtisadi danışıqlara başlanmalıdır. Azad iqtisadi zonaların yaradılması da daxil olmaqla, o ölkələrin tədarük ehtiyacının Azərbaycana yönləndirilməsi istiqamətində işlər görülməlidir.
  2. Azərbaycanın mövcud sənaye xəritəsi çıxarılmalıdır. Bu sənayenin istehsal potensialına müvafiq olaraq daxili satınalma imkanlarının gücləndirilməsi istiqamətində, yan sənayenin inkişaf etdirilməsi təmin edilməlidir. Bir sözlə desək qoruma iqtisadiyyatı tətbiq olunmalıdır.
  3. Daxili xammal və yan sənaye dəstəkli iri sənaye sahələrinin istehsal potensialı gücləndirilərək xarici bazarlara çıxış imkanları araşdırılmalıdır.
  4. Dövlət ölkənin mövcud ixracat infrastrukturunu gözdən keçirərək, təkmilləşdirməli və sənayenin ixrac yönümlü olmasını təşviq etməlidir.
  5. Ölkənin sənaye xəritəsinin analizi nəticəsində öncədən qurulmuş, lakin zəif inkişaf etmiş və ya ümumiyyətlə diqqətdən kənarda qalmış sənaye sahələrinin inkişafı üçün dəstək proqramları həyata keçirilməlidir. Dövlət dəstəkli subsidiyalar və ya güzəştli, uzun müddətli kredit imkanları tətbiq olunmalıdır.
  6. Universitetlərlə sənayenin əməkdaşlığı gücləndirilməlidir və effektiv kadr siyasəti həyata keçirilməlidir.
  7. Sahibkarların yanlış yatırımları nəticəsində doğru istiqamətlənməmiş, sənaye sahələri nəzərdən keçirilməlidir və yeni istiqamətə yönləndirilməsi təmin olunmalıdır.
  8. Ölkənin ehtiyac potensialından artıq istehsal gücünə malik fabriklər analiz olunmalıdır və onlara yeni bazarların tapılması istiqamətində dəstək verilməlidir.

Eyni sektorda fəaliyyət göstərən sahibkarlar konsorsiyum qurmalıdırlar və daxili bazarın tələbatının tam ödənilməsi ilə yanaşı, beynəlxalq bazarlara çıxış imkanlarını araşdırmalıdırlar.

 

 

Sakit Səmədov

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  dosenti, Logix-in CEO-su







Redaktorun seçimi