“Atabank”la “Amrahbank” müflis elan edildi

Hit: 1210
“Atabank”la “Amrahbank” müflis elan edildi
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Atabank” və “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
 
Əmanətlərin Sığortalanması Fondundan Faktor.az-a verilən məlumata görə, məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.
 
Həmçinin bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC 1 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banklara verilmiş şəhadətnamə ləğv edilib.







Redaktorun seçimi