Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

Hit: 862
Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
 
Faktor.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycvan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
 
Faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirlib. Aşağı hədd isə dəyişməz saxlanılıb.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 19 mart 2020-ci ildə uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6,75%-ə qaldırılıb.
 
Qeyd edək ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 19 iyun tarixində açıqlanacaq.







Redaktorun seçimi