Sabahın hava proqnozu

Hit: 869
Sabahın hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-8, gündüz  12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
 
Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
 
Aprelin 10-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub  rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə  qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq  küləyi əsəcək. 
Havanın temperaturu  gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq. 
 
Tibbi-meteoroloji proqnoz 
 
Aprelin 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir.








Redaktorun seçimi