Nəqliyyat-logistika sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

Hit: 585
Nəqliyyat-logistika sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılmsı ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti müzakirələr nəqliyyat-logistika, o cümlədən yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla aparılıb.
 
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Vergilər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Nəqliyyat Agentliyinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə pandemiya səbəbindən bir çox ölkələrdə sərhədlərin bağlanması və xüsusi rejimin tətbiqinin nəqliyyat-logistika sektoruna da təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.
 
Sahibkarlara koronavirus infeksiyasının özəl sektora təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflər hazırlandığı bildirilib.
 
Müzakirələrdə özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinın daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.








Redaktorun seçimi