"Ştutqart" Prezidentin çağırışına qoşuldu

Hit: 854
"Ştutqart" Prezidentin çağırışına qoşuldu
Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən "Ştutqart" mağazalar şəbəkəsi bu dəfə də xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulub.
 
Belə ki, "Ştutqart" öz strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Şirkət fondun hesabına virusla mübarizə məqsədilə 10 min manat məbləğində vəsait köçürüb.
 
Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
 
Məlumat üçün bildirək ki, "Ştutqart" Mağazalar Şəbəkəsi 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan "Ştutqart" müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. "Ştutqart" yarandığı ildən Azərbaycan bazarında orijinal keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribütoruna çevrilmişdir. Qısa zaman ərzində "Ştutqart" paytaxt Bakıda öz mağazalarını artırmaqla "Ştutqart" Mağazalar Şəbəkəsini qurmuşdur.








Redaktorun seçimi