BNA vətəndaş qəbulunu müvəqqəti dayandırdı

Hit: 853
BNA vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məsqədi ilə tətbiq edilən sosial izolyasiya tədbirlərinin davam etdiyi müddətdə Bakı Nəqliyyat Agentliyində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılır.
 
Agentlikdən Faktor.az-a verilən məlumata görə, bu müddətdə vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini poçt vasitəsi ilə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
 
Sosial izolyasiya müddətində daxili görüş və iclasların təşkilində dəyişiklik edilib. Zəruri olan məsələlərin müzakirəsi informasiya və komunikasiya texnologiyalarından istifadə olunmaqla həyata keçiriləcək.








Redaktorun seçimi