Poçtla göndərilən bağlamada narkotik vasitə aşkarlandı

Hit: 492
Poçtla göndərilən bağlamada narkotik vasitə aşkarlandı
Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
 
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Aeroportun Bakı Karqo Terminalında Azərbaycan Respublikası vətəndaşı tərəfindən Çexiya Respublikasına göndərilən 3 ədəd poçt bağlamasına rentgen aparatında baxış keçirərkən monitorda şübhəli təsvirlər müşahidə ediblər. Həmçinin, kinoloji xidmət iti də gömrük nəzarəti zamanı bağlamaya reaksiya verib.
 
Yoxlama zamanı poçt bağlamasının içərisində olan 2 cüt ayaqqabının hər birinin dabanındakı boşluqda gömrük nəzarətindən gizlədilən, gümüşü rəngli falqalara bükülü 4 ədəd bükümdə, çəkisi 91,743 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.







Redaktorun seçimi