Azərbaycanda benzin ucuzlaşdı

Hit: 798
Azərbaycanda benzin ucuzlaşdı
Martın 13-də gecə saatlarında “Aİ-95” və “Aİ-98” marka benzinin qiyməti ucuzlaşıb.
 
Faktor.az xəbər verir ki, “Aİ-95” marka yanacağın qiyməti 1 manat 20 qəpik, “Aİ-98" markalı yancağın qiyməti isə ucuzlaşaraq 1 manat 40 qəpik olub.
 
Qeyd edək ki, "Aİ-92" və Dizel yanacağının qiymətlərində dəyişiklik olmayıb.
 
Xatırladaq ki, son qiymət dəyişikliyinədək "Aİ-95" markalı yanacağın qiyməti 1 manat 50 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə 1 manat 60 qəpik olub.







Redaktorun seçimi