"Mall"lar bağlanacaqmı? - AÇIQLAMA

Sosial şəbəkələrdə martın 15-dən etibarən böyük ticarət mərkəzlərinin koronavirusa görə bağlanacağı ilə bağlı məlumatlar yayılıb. Sözügedən informasiya insanlar arasında da narahatlıq doğurub.
“MediaPost” məlumatı dəqiqləşdirmək üçün paytaxt ərazisindəki böyük alış-veriş mərkəzləri (AVM) ilə əlaqə saxlayıb.
“Metropark” AVM-dən saytımıza bildirdilər ki, hələlik bu barədə dəqiq bir məlumat yoxdur.
Paşa İnşaat Ticarət Mərkəzləri Qrupunun marketinq rəhbəri Nuranə İskəndərova da AVM-lərlə bağlı məsələyə aydınlıq gətirib:
“Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.Hazırda biz 6 "mall" (“Amburan Mall”, “Şüvəlan Park”, 28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall” və Gəncədə yerləşən “Gəncə Mall”) idarə edirik. Yaxın günlərdə isə 7-ci AVM-in açılışı olacaq. Biz ticarət mərkəzlərinin bağlanması ilə əlaqədar heç bir göstəriş almamışıq. Hazırda AVM-lər səhər saat 10:00-dan axşam saat 22:00-a qədər fəaliyyətini davam etdirir”.
“Nizami Mall”dan "MediaPost"a verilən açıqlamada bildirildi ki, bu barədə onlarda dəqiq məlumat yoxdur.


