"Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib

Hit: 560
"Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsində formalaşdırılmış 3-cü "Könüllü gömrükçü" dəstəsinin Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərəcək üzvləri ilə görüş keçirilib. 27 fevral tarixində keçirilən tədbirdə DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, rəis müavini Ceyla Əhmədxanova, Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.
 
Baş həkim Elman Məmmədov könüllü gömrükçüləri salamlayaraq, Prezident İlham Əliyev tərəfindən 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi münasibətilə təbrik edib, onlara Hospitalın fəaliyyəti və iş prinsipləri haqqında ətrfalı məlumat verib. Baş həkim Elman Məmmədov yeni üzvlərin bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını və lazımi dəstəyin göstəriləcəyini bildirib.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılmış üçüncü “Könüllü gömrükçü” dəstəsində 300 nəfər könüllü gömrükçü fəaliyyət göstərəcək. Onlardan 12 nəfər könüllü –Nərmin Tanrıverdiyeva, Milana Əliyeva, Dəniz Mehdiyeva, Nigar Məmmədova, Tamara Mikayılova, Fəridə Mirzəzadə, Nuray Orucova, Rövşanə Hüseynova, Könül Rəcəbli, Nigar Hüseynli, Sevil Əsgərova və Fidan Məmmədzadə 27 fevral 2020-ci il tarixindən etibarən 3 ay müddətində Mərkəzi Gömrük Hospitalında könüllülük fəaliyyəti göstərəcəklər.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onların təcrübi biliklərinin artırılmasına və innovativ potensiallarının inkişafına şərait yaradır.








Redaktorun seçimi