Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı

Hit: 526
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
 
Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən mənzilin qarajında aksiz markası olmayan siqaretlərinsaxlanılmasına və həmin ərazidən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı avtomobil ilə daşınmasına dair əməliyyat məlumatı daxil olub.
 
Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı qarajda və avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilkdə 176 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi