Bakıda Beynəlxalq Françayzinq Forumu keçiriləcək

Hit: 1017
Bakıda Beynəlxalq Françayzinq Forumu keçiriləcək
Bu ilin 4-5 mart tarixlərində Bakıda “Caspian Franchise” – Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək.
 
Faktor.az-ın "Caspian Event Organisers" şirkətinə istinadən verdiyi xəbərə görə, “Caspian Franchise” franşiza sahiblərini, sərmayəçilər və sahibkarları, iri holdinqlərin nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək.
 
Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi və iştirakı ilə keçirilir. “Caspian Franchise”ın məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində kömək göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.
 
“Caspian Franchise” iki hissədən – konfrans və sərgidən ibarət olacaq.
 
Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. Konfrans zamanı qonaqlar "Niyə özəl biznesi deyil françayzinq?" sualına cavab alacaqlar, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahiblərinin praktiki məsləhətləri müzakirə edəcəklər. Konfransın proqramı ilə linkdən https://franchiseexpo.az/az-content/10.html keçərək tanış olmaq mümkündür.
 
Sərgidə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. Sərgidə həmçinin daşınmaz əmlak agentliyi və məhz Sizə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı bütün nüansları müzakirə edə biləcəklər.








Redaktorun seçimi