“Azərişıq” ASC-də daha bir yenilik - VİDEO

Hit: 3831
“Azərişıq” ASC-də daha bir yenilik - VİDEO
Kadr seçimində şəffaflığı qorumaq, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını  təmin etmək məqsədi ilə “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir. Həyata keçirilən bu yenilik birbaşa  olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, zaman itkisinə yol vermədən və yol üçün əlavə xərc çəkmədən müsahibəyə qatılırlar. 
 
Qeyd edək ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.Hazırda “Azərişıq” ASC-nin  Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı Tədris  Mərkəzləri də fəaliyyət göstərir. 
 








Redaktorun seçimi