Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək

Hit: 645
Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.
 
Energetika Nazirliyindən Faktor.az-a bildirilib ki, qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “[email protected]” elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: “[email protected]”, “[email protected]”) vasitəsilə müraciət edə bilərlər.
 
Vətəndaşlar nazirliyin “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.








Redaktorun seçimi