Nağd pulun üzərində 26 min fərqli bakteriya yaşayır - Mastercard araşdırdı

Hit: 833
Nağd pulun üzərində 26 min fərqli bakteriya yaşayır - Mastercard araşdırdı
Yeni ilin başlaması ilə dünyanı həyəcanda saxlayan epidemik xəstəliklərin yayılmasında əldən ələ ötürülən nağd pulların da rolu var və onların təmizlik prosesinə cəlb edilməsi gündəmdədir. Mastercard-ın rəhbərliyi ilə Oxford Universitetinin alimləri tərəfindən Avropanın 15 ölkəsində aparılan araşdırma nəticəsində nağd pulların üzərində yaşayan bakteriyalar aşkara çıxarılıb. Elmi sınaqlar pul əskinaslarının üzərində 26 mindən çox bakteriyanın olduğunu sübuta yetirib. Onların arasında tənəffüs və sidik yollarına infeksiyaya səbəb olan bakteriyalar da var.  
 
 
Xəbərə Mastercard Mətbuat Otağı https://newsroom.mastercard.com/eu/tr/?p=32708 linkindən də baxa bilərsiniz.
 
Cüzdanınızda neçə min bakteriyanın yaşadığını bilirsinizmi?
 
Son zamanlar epidemik xəstəliklərin bütün dünyada narahatlıq yaratması, həmçinin virus, mikrob və bakteriyaların yayılmasında nağd pulun rolunun gündəmə gəlməsi ilə bəzi ölkələr nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi prosesinə başlayıb. 2013-cü ildəMastercard və Oxford Universiteti tərəfindən həyata keçirilən araşdırmada  isə Avropadakı ortalama bir əskinasın üzərində sağlamlığa zərər vermə potensialına sahib 26 min bakteriyanın mövcud olduğunu aşkarlanıb. Eyni araşdırmaya görə hətta ən yeni əskinasın üzərində belə orta hesabla 2400 bakteriya var və onlar tənəffüs və sidik yollarının infeksiyasına səbəb ola bilər. ABŞ-da aparılmış müstəqil bir araşdırmaya görə isə soyuqdəymə kimi bir xəstəliyə yoluxmuş birinin toxunduğu pulda viruslar 12 gün boyunca yaşayır. 
 
Oxford Universitetinin Mühəndislik üzrə Professoru Aym Tompson araşdırmayla bağlı deyib: “Avropalıların pulun çirkli olduğu barədə fikirləri səbəbsiz deyil. Daha öncə həyata keçirilənçalışmalar, insanlarda xəstəliyə səbəb ola bilən vəzərər verməkpotensiyalına sahibKlebsiella  və Enterobacter kimi bakteriya növlərinin yayıldığını müəyyən edib. Belə  ki, İngiltərənin Baş Tibbi İşçisi vəSəhiyyə Nazirliyinin Baş Elmi Məsləhətçisi Salli Deyvis də antibiotiklərə müqavimətgöstərən bakteriyanövlərinin getdikcə artan bir təhlükə yaratdığını bildirib. Pul əskinaslarına çox sayda insan əlinin dəydiyini nəzərə alsaq, antibiotiklərəmüqavimətgöstərən bakteriyanövlərinin yayılmasındapulun rolunu araşdıran bir çalışma həyata keçirilməsi məntiqli olar.” 
Avropanın ən vasvası xalqı Türklərdir
 
Avropalılar arasında nağd pulun çirkli olmasına ən çox inanan qrup Türklərdir. Türk xalqının 86 faizinağd pulun gigiyenik olmadığını düşünür, 40 faizi isəpula toxunduqdan sonra mütləq şəkildə əllərini yuyur. Bu faiz göstəricisi qadınlarda 45 faizə, yaşı 55-dən çox olanlarda isə48 faizə çatır.
Türk xalqına görə, nağd pul ümumi tualetlər qədər çirklidir
 
Araşdırmaya qatılan Türk istehlakçılarının88 faizi başqasının diş fırçasını istifadə etməyi vəümumi tualetləri “çirkli” olaraq qeyd edərkən, ikinci sırada 86 faizlənağd pulla təmasda olmaq gəlir. Nağd pulun ardınca isə kağız dəsmal paylaşmaq, ictimai nəqliyyat vasitələri, qapı dəstəkləri, bilet kassaları və avtomat maşınlar gigiyenik olmayan obyektlər və şəraitlər olaraq adlandırılır. Pulun çirkli olmasına inam qadın istehlakçılar arasında 91 faizə çatır.
 
Nağd Pul Əvəzinə Kart İstifadəsi Daha Gigiyenikdir 
 
Türk xalqının 99 faizigigiyena şərtlərini yaxşılaşdırmaq üçün həyat tərzlərində dəyişikliklər etməyə hazır olduqlarını bildirir. Nağd pulun əvəzinə hansı alternativ ödəmə üsuluna üstünlük verəcəkləri soruşulan Türk istehlakçılar, Avropadakı digər istehlakçılardan fərqli olaraq öncəliyi təmassız kartlara verəcəklərini (66 faiz) deyir. Bununa ardınca63 faizlə kredit kartı, 41 faizlə onlayn ödəmə və 26 faizlə mobil ödəmə gəlir. 
 








Redaktorun seçimi