Bakıda Ermənistan məhsulları yandırıldı

Hit: 967
Bakıda Ermənistan məhsulları yandırıldı
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. 
 
Bu barədə Faktor.az-a DGK-dan məlumat verilib.
 
Ümumilikdə, 263 029 ədəd fişəng və pirotexniki vasitə, 47 322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yarasız müxtəlif markalı telefon və aksesuarları, 5 077 litr alkoqollu və kustar üsulla 4 742 ədəd sərinləşdirici içki, 5 255 kq ərzaq və qeyri-ərzaq məhsulları, 3 070 kiloqram yuyucu vasitə, 2 167 kq müxtəlif növ məişət malları məhv edilib.
 
Qeyd edək ki, məhv edilən mallar fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.
 
Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.








Redaktorun seçimi