"Aqrolizinq"də aparılan yoxlamalara dair - RƏSMİ AÇIQLAMA

Hit: 715
"Aqrolizinq"də aparılan yoxlamalara dair - RƏSMİ AÇIQLAMA
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. "Aqrolizinq"də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.
 
Bunu Faktor.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
 
O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: "Aqrolizinq ASC 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur".








Redaktorun seçimi